BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza zolağında son 24 saat ərzində İsrailin endirdiyi zərbələr nəticəsində üç fələstinli həyatını itirib.
TurkicWorld xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, daha əvvəl baş vermiş hücum zamanı yaralanan bir nəfər də aldığı xəsarətlərdən vəfat edib.
Nazirliyin açıqlamasına əsasən, 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həlak olanların sayı 73 min 250 nəfərə, yaralananların sayı isə 173 min 751 nəfərə çatıb.
Qurum bildirib ki, 2025-ci ilin oktyabrında qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq hərbi əməliyyatlar davam edir.
Səhiyyə Nazirliyinin məlumatına görə, həmin dövrdən indiyədək baş verən hücumlar nəticəsində azı 1 127 nəfər ölüb, 3 643 nəfər isə yaralanıb.
İsrail tərəfi Qəzzanın Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərlə bağlı hələlik rəsmi münasibət bildirməyib.
Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.







