BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin sədri və ölkənin aparıcı danışıqlar nümayəndəsi Məhəmməd Bagir Qalibaf ABŞ-la qarşıdurmanın İranın təslim olması ilə başa çatmayacağını bildirib.
TurkicWorld xəbər verir ki, Qalibaf açıqlamasında ABŞ-ın əldə olunan anlaşmadan geri çəkiləcəyi təqdirdə İranın özünü müdafiə etməyə hazır olduğunu deyib.
“Amerikalılar istənilən anda anlaşmaya xəyanət etsələr, biz tammiqyaslı müdafiəyə hazırıq, mövqeyimizi qoruyacağıq və İran xalqının hüquqlarını müdafiə edəcəyik”, – deyə Qalibaf bildirib.
O qeyd edib ki, müharibənin başa çatması dünya ölkələri üçün prioritet məsələdir, lakin bu qarşıdurmanın İranın təslim olması ilə nəticələnməyəcəyini vurğulayıb.
Qalibaf həmçinin müsəlman ölkələrini ABŞ və İsrailə qarşı bir mövqedə birləşməyə çağırıb.
Onun açıqlaması ABŞ və İran arasında diplomatik təmasların davam etdiyi, lakin qarşılıqlı ittihamların səsləndiyi bir vaxtda verilib.







