BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın BMT-dəki nümayəndə müavini Temmi Brüs İranla diplomatik dialoq imkanlarının qaldığını, lakin bunun müəyyən şərtlərlə mümkün olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Brüs BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı ABŞ-ın danışıqlara hazır olduğunu, lakin İranın əsas öhdəliklərə əməl etmədiyi halda bunun mümkün olmadığını deyib.
ABŞ diplomatı bildirib ki, mülki obyektlərə və ya gəmilərə hücumların davam etdiyi bir şəraitdə Vaşinqton danışıqlar apara bilməz.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sülhə üstünlük verir, lakin təhlükəsizlik təhdidlərinə cavab vermək hüququnu saxlayır.
Brüs İranı beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda ittiham edib.
Onun sözlərinə görə, bu cür pozuntulara qarşı Təhlükəsizlik Şurası qeyri-müəyyən mövqe nümayiş etdirməməli və məsuliyyətli yanaşmalıdır.







