Son dəqiqə

Fransa İran Pakistan Qətər BMT Təhlükəsizlik Şurası Hörmüz boğazı

Fransa BMT Təhlükəsizlik Şurasında İranı tənqid edib - “Hörmüz boğazı açılmalıdır”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa İranı son günlərdə qonşu ölkələrə və Hörmüz boğazından keçən gəmilərə qarşı həyata keçirilən hücumlara görə tənqid edib.

TurkicWorld xəbər verir ki, Fransanın BMT-dəki nümayəndəsi Jerom Bonnafon Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı bildirib ki, Pakistan və Qətərin vasitəçilik səylərinə baxmayaraq, İran ABŞ-İran memorandumunun şərtlərini pozub.

Fransalı diplomat İranın Bəhreyn, Qətər və İordaniyaya qarşı hücumlarını “qəbuledilməz” adlandırıb və məsuliyyətin Tehran üzərinə düşdüyünü bildirib.

Bonnafon qeyd edib ki, İran memorandum çərçivəsində nəzərdə tutulan 60 günlük atəşkəs müddəti ərzində zorakılığa son qoymalıdır.

O, ABŞ-İran memorandumunun təcili şəkildə həyata keçirilməsinə çağıraraq, Hörmüz boğazının beynəlxalq dəniz hüququna uyğun olaraq tam və maneəsiz şəkildə açılmasının təmin edilməli olduğunu vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası Rusiya və Çinin etirazlarına baxmayaraq keçirilib.

İclasın keçirilməsi ilə bağlı prosedur səsvermədə 11 ölkə lehinə, 2 ölkə əleyhinə səs verib, 2 ölkə isə bitərəf qalıb.

Mövzuya görə xəbərlər