Son dəqiqə

İsrail Qəzza HƏMAS Yaxın Şərq Müharibə Yəhya Səid Məhəmməd Həmdan İzzəddin əl-Qəssam Briqadaları

İsrail ordusu Qəzzada HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Qəzza zolağının cənubunda keçirilən hava hücumu nəticəsində HƏMAS-ın hərbi qanadının komandirlərindən birinin öldürüldüyünü bildirib.

TurkicWorld xəbər verir ki, İsrail Müdafiə Ordusunun açıqlamasına görə, öldürülən şəxs HƏMAS-ın “İzzəddin əl-Qəssam Briqadaları” bölməsinin “Nuxba” qüvvələrinin rəhbərlərindən biri Yəhya Səid Məhəmməd Həmdandır.

İsrail tərəfi iddia edib ki, Həmdan 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumlarda iştirak edib və həmin dövrdə ölkənin cənubundakı Reym bölgəsinə yönələn əməliyyatlarda rol oynayıb.

Ordunun məlumatına görə, Həmdan cümə axşamı günü Qəzzanın cənubunda keçirilən dəqiq hava zərbəsi nəticəsində öldürülüb.

İsrail ordusu bildirib ki, həmin şəxs bölgədə fəaliyyət göstərən qüvvələr üçün “birbaşa təhlükə” yaradıb və əməliyyat nəticəsində zərərsizləşdirilib.

HƏMAS tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mövzuya görə xəbərlər