BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İrana qarşı blokadanın yenidən tətbiq oluna biləcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında blokadanın yalnız İrana şamil edilə biləcəyini deyib.
Onun sözlərinə görə, digər dövlətlərin dəniz yolu ilə hərəkətinə məhdudiyyət qoyulmayacaq. Tramp iddia edib ki, İran imkan tapacağı halda dəniz minaları yerləşdirə bilər. O əlavə edib ki, ABŞ qüvvələri bu məqsədlə istifadə oluna biləcək kiçik sürətli qayıqları zərərsizləşdirir.
ABŞ Prezidenti həmçinin bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlər Hörmüz boğazında dəniz minalarının aşkarlanması və zərərsizləşdirilməsi üçün xüsusi gəmilər göndərəcəklər.






