BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Türkiyəni ABŞ-ın böyük müttəfiqi adlandıraraq, Ankaranın Yaxın Şərqdə yaranmış gərginliyin idarə olunmasında mühüm rol oynadığını bildirib.
TurkicWorld xəbər verir ki, Tramp çıxışı zamanı Türkiyənin İranı çox yaxşı tanıdığını və bölgədəki vəziyyətin idarə olunmasına əhəmiyyətli töhfə verdiyini deyib. Onun sözlərinə görə, Ankara regional proseslərdə mühüm rol oynayıb və gərginliyin artmasının qarşısının alınmasına yardım göstərib.
ABŞ Prezidenti qeyd edib ki, bəzi şəxslər Türkiyənin İsraillə münasibətlərinə görə münaqişəyə qoşula biləcəyini düşünürdülər. Lakin onun sözlərinə görə, hərbi baxımdan güclü ölkə olan Türkiyə belə bir addım atmayıb.
Tramp əlavə edib ki, Türkiyənin münaqişəyə qoşulmaq imkanı olsa da, bunu etməyib. O, bunun səbəblərindən birinin özünün gördüyü işlər ola biləcəyini də istisna etməyib.







