Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Donald Tramp Benyamin Netanyahu Yaxın Şərq Sanksiyalar

Türkiyəyə F-35 verilməsi Yaxın Şərqdə təhlükə yarada bilər - Netanyahu

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın Türkiyəyə F-35 qırıcıları satmasının Yaxın Şərqdə qüvvələr balansını poza biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Netanyahu CNN televiziyasına müsahibəsində Türkiyəyə F-35 qırıcılarının verilməsinin bölgədə güc tarazlığını pozacağını deyib. O, Türkiyənin aqressiv niyyətlərə malik olduğunu iddia edib və belə hərbi imkanların Ankaranın bölgədə daha sərt addımlar atmasına səbəb ola biləcəyini bildirib.

Netanyahunun açıqlaması ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının satışını nəzərdən keçirdiyini bildirməsindən sonra səslənib. ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan hava hücumundan müdafiə sistemi aldığına görə F-35 proqramından çıxarmışdı.

Türkiyə uzun müddətdir F-35 proqramına qaytarılmasını və ABŞ sanksiyalarının ləğvini tələb edir. Ankara hesab edir ki, bu məhdudiyyətlər ikitərəfli münasibətlərə mənfi təsir göstərib və Türkiyənin müdafiə layihələrini çətinləşdirib.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla yaxşı münasibətlərinə əsaslanaraq, ödənişi əvvəlcədən edilmiş beş qırıcının təhvil veriləcəyinə ümid edir.

Mövzuya görə xəbərlər