Son dəqiqə

ABŞ Ukrayna Kanada Almaniya Norveç Danimarka Hava hücumundan müdafiə ballistik raketlər Patriot

Norveç Ukraynanın hava hücumundan müdafiəsinə 306 milyon dollar ayıracaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Norveç hökuməti Ukraynanın ballistik raket hücumlarından müdafiə imkanlarının gücləndirilməsi məqsədilə 3 milyard Norveç kronu, yəni təxminən 306,2 milyon ABŞ dolları ayıracağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Norveç hökumətinin yaydığı məlumata görə, ayrılan vəsait Ukraynanın hava hücumundan müdafiə sistemlərinin, xüsusilə də ballistik raketlərdən müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcək.

Bildirilib ki, Norveç Danimarka, Almaniya və Kanada ilə birlikdə ABŞ-də yerləşən istehsal müəssisəsindən yeni Patriot hava hücumundan müdafiə raketləri sifariş edəcək. Bu addım Ukraynanın hava məkanının qorunmasına beynəlxalq dəstəyin gücləndirilməsi məqsədi daşıyır.

Norveç hökuməti qeyd edib ki, təşəbbüs müttəfiq ölkələrin Ukraynanın müdafiə qabiliyyətinin artırılması istiqamətində birgə səylərinin tərkib hissəsidir.

Mövzuya görə xəbərlər