BAKI,TurkicWorld,Yusif Şərifzadə
Danimarkanın Baş naziri Mette Frederiksen müttəfiq ölkələrin Danimarkanın suverenliyinə hörmətlə yanaşmalı olduğunu bildirərək, Qrenlandiyanın satılmadığını bir daha vurğulayıb.
TurkicWorld xəbər verir ki, Frederiksen Ankarada keçirilən NATO Zirvə Toplantısında çıxışı zamanı Danimarkanın müttəfiqlərindən ölkəsinin suverenliyinə hörmət etmələrini gözlədiyini deyib. O bildirib ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazi olaraq qalır və satış mövzusu deyil.
Baş nazirin açıqlaması ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək istəyi ilə bağlı növbəti bəyanatından bir neçə saat sonra səsləndirilib. Tramp daha əvvəl də Arktikadakı strateji mövqeyinə görə Qrenlandiyaya maraq göstərdiyini bildirmişdi.
Mette Frederiksen vurğulayıb ki, Danimarka öz ərazi bütövlüyü və suverenliyi məsələsində mövqeyini dəyişməyəcək. Onun sözlərinə görə, müttəfiqlər arasında münasibətlər qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır.







