Son dəqiqə

NATO Ukrayna Avropa Volodimir Zelenski Donald Tramp Hava hücumundan müdafiə ballistik raketlər

Zelenski Avropanı yerli hava hücumundan müdafiə sistemi yaratmağa çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini yerli istehsala əsaslanan ballistik raketlərə qarşı hava hücumundan müdafiə sisteminin yaradılması istiqamətində səyləri sürətləndirməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Zelenski NATO Zirvə Toplantısı çərçivəsində keçirilən müdafiə forumunda çıxışı zamanı Avropanın mümkün qədər qısa müddətdə münasib qiymətə və kütləvi istehsal edilə bilən ballistik raketlərə qarşı hava hücumundan müdafiə sisteminə ehtiyac duyduğunu bildirib. O, bu işin təxirə salınmamalı olduğunu vurğulayaraq belə bir sistemin yaradılmasının artıq bu günün zərurətinə çevrildiyini deyib.

Ukrayna Prezidenti bildirib ki, NATO Zirvə Toplantısının nəticəsində ölkəsinə əlavə hava hücumundan müdafiə vasitələrinin ayrılacağına ümid edir. Onun sözlərinə görə, bu məsələni ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdə də müzakirə etməyi planlaşdırır.

Zelenski hava hücumundan müdafiənin gücləndirilməsinin Ukraynanın təhlükəsizliyi ilə yanaşı, Avropanın ümumi müdafiə imkanlarının artırılması baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Mövzuya görə xəbərlər