Son dəqiqə

İsrail Livan hücum Yaxın Şərq atəşkəs pilotsuz uçuş aparatı Nəbatiyyə əl-Fövqa

İsrail atəşkəsə baxmayaraq Livanın cənubuna pilotsuz uçuş aparatı ilə zərbə endirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda yerləşən Nəbatiyyə əl-Fövqa qəsəbəsinə zərbə endirib.

TurkicWorld xəbər verir ki, hücum ötən ay İsrail ilə Livan hökuməti arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib. Bildirilir ki, bu, son günlər Livanın müxtəlif bölgələrində qeydə alınan bir neçə oxşar hücumdan biridir.

Hadisə nəticəsində mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Yerli mənbələrin məlumatına görə, bölgədə vəziyyət gərgin olaraq qalır.

Müşahidəçilər hesab edirlər ki, atəşkəs rejiminin davam etməsinə baxmayaraq baş verən bu cür hücumlar sərhəd bölgəsində təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.

Mövzuya görə xəbərlər