Son dəqiqə

İsrail İran ABŞ Xarici İşlər Nazirliyi Diplomatiya hüquqi proses

ABŞ və İsrailə qarşı ədalət axtarışı davam edəcək - İran XİN

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi ABŞ və İsrailə qarşı ədalət axtarışının davam etdiriləcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Tehranın bu mövqeyinin uzunmüddətli və davamlı bir siyasət olacağı vurğulanıb.

Açıqlamada bildirilib ki, İran öz hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq səviyyədə hüquqi və diplomatik addımlarını davam etdirəcək.

Eyni zamanda bəyanatda mərhum ali rəhbərin vida mərasimində regiondan və dünyadan yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı onun nüfuzunun göstəricisi kimi qiymətləndirilib.

İran tərəfi bu iştirakın həm mərhum liderin mövqeyini, həm də İran xalqının “böyüklüyünü” əks etdirdiyini iddia edib.

Mövzuya görə xəbərlər