Son dəqiqə

Türkiyə İsrail İran ABŞ Rəcəb Tayyib Ərdoğan Pakistan Şahbaz Şərif

İsrail ABŞ–İran anlaşmasını pozmağa çalışır - Rəcəb Tayyib Ərdoğan

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin ABŞ ilə İran arasında əldə olunan anlaşmanı zəiflətməyə çalışdığını bildirib.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu fikirləri İstanbulda Pakistanın baş naziri Şahbaz Şəriflə birgə keçirilən mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, Türkiyə regionda sülhün əldə olunmasına yönəlmiş istənilən təşəbbüsə dəstək verməyə hazırdır.

Ərdoğan bildirib ki, vasitəçilik prosesi çətin mərhələlərdən keçib və müxtəlif maneələrlə üzləşib.

Türkiyə prezidenti İsraili regional sülh prosesini pozmamağa çağırıb.

O əlavə edib ki, İsrailin mövcudluğunu davam etdirməsinin regiondakı münaqişələrdən asılı olduğu barədə fikirlər mövcuddur və bu, Suriya və Livan kimi ölkələrdəki gərginliklərlə əlaqələndirilir.

Mövzuya görə xəbərlər