BAKI,TurkicWorld,Yusif Şərifzadə
İrandan sürgündə yaşayan keçmiş vəliəhd Rza Pəhləvi mərhum ali rəhbərin dəfn mərasimi ilə bağlı sərt açıqlama verib.
TurkicWorld xəbər verir ki, o, Tehrana gedərək mərasimdə iştirak edən xarici nümayəndələrə müraciət edib və Xameneini “ölmüş diktator” adlandırıb.
Rza Pəhləvi sosial şəbəkə paylaşımında ölkədə baş verən etirazların və iqtisadi narazılıqların sərt şəkildə yatırıldığını iddia edib.
O bildirib ki, İranda minlərlə insanın həlak olduğu hadisələr rejimin repressiya siyasətinin nəticəsidir.
Sürgündəki siyasətçi mərasimə ayrılan vəsaitləri “İran xalqının sərvətinin nümayiş xarakterli tədbirlərə xərclənməsi” kimi qiymətləndirib.
O həmçinin qeyd edib ki, mərasimdə heç bir demokratik ölkə liderinin iştirak etməməsi diqqət çəkir.
Rza Pəhləvi əlavə edib ki, İranda artan ictimai narazılıq gələcəkdə rejimə qarşı güclü dəyişikliklərə səbəb ola bilər.






