Son dəqiqə

Avropa Liqası Nottingem Forest Vitor Pereyra İngiltərə Premyer Liqası Şon Dayç Oliver Qlasner

"Nottingem Forest" baş məşqçi Vitor Pereyra ilə yollarını ayırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İngiltərə təmsilçisi "Nottingem Forest" baş məşqçi Vitor Pereyra ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb. Portuqaliyalı mütəxəssis komandanı bu ilin fevral ayından çalışdırırdı.

TurkicWorld xəbər verir ki, "Nottingem Forest" klubunun yaydığı məlumata görə, Vitor Pereyra ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. 57 yaşlı mütəxəssis qısa müddət ərzində komandaya rəhbərlik edib.

Vitor Pereyra fevral ayında Şon Dayçın əvəzinə baş məşqçi təyin olunmuşdu. O, komandanın İngiltərə Premyer Liqasındakı yerini qorumasına və Avropa Liqasında yarımfinala yüksəlməsinə kömək etmişdi.

Klub yaydığı açıqlamada Vitor Pereyraya göstərdiyi peşəkarlığa və əməyinə görə təşəkkür edib. Britaniya mətbuatının məlumatına görə, boş qalan vəzifəyə Oliver Qlasnerin gətirilməsi gözlənilir.

Mövzuya görə xəbərlər