Avropa Liqası: “Qarabağ” “Bayer”lə qarşılaşacaq

Avropa Liqası: “Qarabağ” “Bayer”lə qarşılaşacaq

Bakı. TurkicWorld:

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti Avropa Liqasında oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin III turunda Almaniya “Bayer”inin qonağı olacaq.

Hər 2 komanda ilk iki turda qələbə qazandığından bu dəfə qalib gələn vahid lider olacaq. “Qarabağ” çətin rəqiblə görüşdə ən azı 1 xal almağa çalışacaq.

Qeyd edək ki, qrupun digər oyununda “Molde” “Haken”lə oynayacaq.

Avropa Liqası
Qrup mərhələsi
H qrupu, III tur
26 oktyabr
23:00. “Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Horatsiu Feşnik (Rumıniya)
Leverkuzen. “BayArena” stadionu

1

Bayer

2

2

0

0

6-1

6

2

Qarabağ

2

2

0

0

2-0

6

3

Molde

2

0

0

2

1-3

0

4

Haken

2

0

0

2

0-5

0