BAKI, TurkicWorld
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.
TurkicWorld xəbər verir ki, "Enfield Road" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.
Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.







