BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanda İsrailin hücumları nəticəsində həlak olanların və yaralananların sayı artmaqda davam edir.
TurkicWorld xəbər verir ki, Livanın dövlət xəbər agentliyinin yaydığı məlumata görə, martın 2-də İsrail ilə Hizbullah arasında döyüşlərin yenidən başlamasından bəri ölkə ərazisində həyata keçirilən hücumlar nəticəsində 4 278 nəfər həlak olub.
Məlumata əsasən, eyni dövrdə 12 196 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, qarşıdurmaların davam etməsi humanitar vəziyyətə və mülki əhali arasında itkilərin artmasına səbəb olur.







