BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza şəhərində İsrail ordusunun həyata keçirdiyi hücum nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.
TurkicWorld xəbər verir ki, Fələstin xəbər agentliyi Vəfa-nın məlumatına əsasən, Qəzza şəhərinin qərbində yerləşən Əl-Cəla küçəsində məcburi köçkünlərin sığındığı çadır İsrail dronu tərəfindən hədəfə alınıb.
Hücum nəticəsində bir neçə nəfərin yaralandığı və onların Əl-Şifa xəstəxanasına yerləşdirildiyi qeyd olunur.
Məlumata görə, oktyabr ayında elan edilən atəşkəsdən sonra Qəzza zolağında İsrail qüvvələrinin hücumları demək olar ki, gündəlik xarakter alıb.







