Son dəqiqə

İsrail humanitar yardım Qəzza atəşkəs Artilleriya mülki əhali hava hücumları

İsrail Qəzzada atəşkəsi 3 338 dəfə pozmaqda ittiham olunur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında fəaliyyət göstərən Hökumət Mətbuat Ofisi İsrailin 2025-ci il oktyabrın 10-da qüvvəyə minmiş atəşkəs razılaşmasını minlərlə dəfə pozduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, qurumun məlumatına görə, İsrail 2025-ci il oktyabrın 10-dan 2026-cı il iyunun 20-dək atəşkəsi azı 3 338 dəfə pozub.

Bildirilib ki, pozuntular hava zərbələri, artilleriya atəşləri və birbaşa silahlı hücumlar nəticəsində baş verib. Məlumata əsasən, bu hücumlar zamanı yüzlərlə insan həyatını itirib.

Qəzza Hökumət Mətbuat Ofisinin açıqlamasına görə, 2025-ci il oktyabrın 10-dan 2026-cı il aprelin 14-dək İsrail qüvvələri mülki şəxslərə 921 dəfə atəş açıb, yaşayış məntəqələrinə müəyyən edilmiş sərhədi keçərək 97 dəfə reyd keçirib, Qəzza ərazisini 1 109 dəfə bombalayıb və artilleriya atəşinə tutub, 273 halda isə yaşayış evlərini və digər tikililəri dağıdıb.

Qurum həmçinin bildirib ki, İsrail humanitar yardımların Qəzzaya çatdırılmasını məhdudlaşdırmaqda, yaşayış evlərini və infrastruktur obyektlərini dağıtmaqda davam edir.

Mövzuya görə xəbərlər