Son dəqiqə

İran ABŞ Donald Tramp Məhəmməd Baqir Qalibaf

Trampın İranla bağlı iddiasına Tehrandan cavab - ABŞ yalan danışır

BAKI,TurkicWorld Orxan Qədirzadə

İran parlamentinin sədri və ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın İranın dondurulmuş vəsaitlərinin sərbəst buraxılmasından sonra həmin pulla ABŞ kənd təsərrüfatı məhsulları alacağına dair bəyanatını qəti şəkildə təkzib edib.

Qalibaf "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada Trampın həqiqətə uyğun olmayan məlumat yaydığını bildirib.

"ABŞ sərbəst buraxılan vəsaitlərimizin onların kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcəyini iddia edir. Maraqlıdır. Bizim əldə etdiyimiz yeganə məhsul sizin onilliklər ərzində əkdiyiniz etimadsızlıqdır. O, təbii, bol və yerli məhsuldur. Görünür, ABŞ isə yalnız genetik dəyişdirilmiş soya, yerinə yetirilməyən vədlər və boş bəyanatlar ixrac edir", – deyə Qalibaf vurğulayıb.

Məsələ ABŞ ilə İran arasında iyunun 14-də əldə olunmuş razılaşmadan sonra gündəmə gəlib. Razılaşmanın 11-ci maddəsinə əsasən, İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması və həmin vəsaitlərin İran Mərkəzi Bankının müəyyən edəcəyi yekun alıcıya ödənişlər üçün tam istifadəyə verilməsi nəzərdə tutulur.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl açıqlamasında bildirmişdi ki, razılaşma çərçivəsində sərbəst buraxılacaq İran vəsaitləri ABŞ-ın nəzarəti altında olacaq. Onun sözlərinə görə, Tehran həmin vəsaitin bir hissəsi hesabına ABŞ-dan qarğıdalı, buğda, soya və digər ərzaq məhsulları alacaq.

İran tərəfi isə Vaşinqtonun bu iddialarının həqiqəti əks etdirmədiyini bildirərək, sərbəst buraxılacaq vəsaitlərin istifadəsi ilə bağlı qərarların yalnız İran tərəfindən veriləcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər