Son dəqiqə

zəlzələ Venesuela Dağıntılar xilasedicilər La Quayra Katiya La Mar itkin düşənlər

Venesuelada zəlzələnin ən ağır zərbəsi La Quayra bölgəsinə dəyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Venesuelada baş verən iki güclü zəlzələdən ən çox zərər çəkən bölgənin ölkənin şimalındakı La Quayra olduğu bildirilir.

TurkicWorld xəbər verir ki, sahilyanı Katiya La Mar şəhərində onlarla bina tamamilə dağılıb. Hadisə şahidlərinin sözlərinə görə, zəlzələ nəticəsində yaşayış məntəqələri böyük dağıntıya məruz qalıb.

Şəhər sakini 39 yaşlı Yilsmaris Blanko yaşadıqları faciəni təsvir edərək bildirib ki, demək olar, hər şey yerlə-yeksan olub. Onun sözlərinə görə, sağ qalmalarına görə özlərini xoşbəxt hesab etsələr də, çox sayda insanın yaxınları hələ də dağıntılar altında qalıb.

Hazırda xilasedicilər dağıntılar altında qalan insanların xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Rəsmi qurumlar itkin düşənlərin ümumi sayı ilə bağlı hələ yekun məlumat açıqlamayıblar. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrindən dağıntılar altında qalan insanlarla bağlı çoxsaylı məlumatlar daxil olmaqdadır.

Mövzuya görə xəbərlər