BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ölkənin cənubunda əldə olunan atəşkəsin İsrail qüvvələrinin geri çəkilməsindən sonra möhkəmləndirilməsinin planlaşdırıldığını bildirib.
TurkicWorld xəbər verir ki, o bu açıqlamanı Livana səfər edən Britaniya nümayəndə heyəti ilə görüş zamanı verib.
Aun qeyd edib ki, hökumətin əsas prioriteti cənub bölgəsində atəşkəsin sabitləşdirilməsi və Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsidir.
Prezident əlavə edib ki, dağıdılmış ərazilərin bərpası prosesinin bundan sonra həyata keçiriləcəyi planlaşdırılır.
Onun sözlərinə görə, Vaşinqtonda keçirilən Livan–İsrail danışıqları ABŞ–İran müzakirələrindən ayrı bir proses kimi aparılır.
Aun həmçinin bildirib ki, son günlərdə İsrail və Hizbullah arasında döyüşlərin nisbətən səngiməsi ABŞ və İranın real atəşkəs çağırışları ilə üst-üstə düşür.







