Son dəqiqə

Livan Yaxın Şərq cənubi Livan Rudolf Heykal Livan Ordusu Ərazi bütövlüyü

Torpağımızın hər qarışı bizim haqqımızdır - Rudolf Heykal

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Silahlı Qüvvələrinin komandanı general Rudolf Heykal ölkənin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayaraq, İsrailin Livan torpaqlarının bir hissəsini işğal altında saxlamasını qəbuledilməz adlandırıb.

TurkicWorld xəbər verir ki, general Rudolf Heykal Sur şəhəri istiqamətində yerləşən hərbi hissələrə səfəri zamanı bildirib ki, Livan öz ərazisinin hər qarışını özünün qanuni haqqı hesab edir.

Onun sözlərinə görə, İsrailin Livan ərazisinin hər hansı hissəsini işğal altında saxlamaqda davam etməsi qəbul edilə bilməz.

Heykəl vurğulayıb ki, şəhidlərin və yaralı hərbçilərin fədakarlıqları hədər getməyəcək.

Livan ordusunun komandanı əlavə edib ki, Silahlı Qüvvələr bütün çətinliklərə baxmayaraq xalqın yanında olmağa və sakinlərin öz evlərinə qayıdışını dəstəkləməyə davam edəcək.

İsrail hazırda Cənubi Livanın təxminən 2 min kvadrat kilometr ərazisində hərbi mövcudluğunu davam etdirir.

Mövzuya görə xəbərlər