Son dəqiqə

İsrail Livan Donald Tramp Yaxın Şərq seçkilər İtamar Ben Qvir atəşkəs

Ben-Qvir: İsrail Trampa da “yox” deyə bilər, Livan atəşkəsi qəbul edilməməlidir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrailin ABŞ Prezidenti Donald Trampın çağırışlarını belə rədd edə biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, o bu fikirləri İsrailin “Arutz Sheva” media şəbəkəsinə açıqlamasında səsləndirib.

Ben-Qvir qeyd edib ki, İsrail lazım gələrsə ABŞ prezidentinin müraciətlərini “əlbəttə” rədd edə bilər.

O, Livanla bağlı atəşkəsi qəti şəkildə rədd edərək “heç bir şəraitdə atəşkəs olmamalıdır” deyib.

Nazir həmçinin rəhbərliyində olduğu sağçı hökumət koalisiyasının seçkilərdən sonra da hakimiyyətdə qala biləcəyini, lakin bunun üçün ciddi siyasi fəaliyyət tələb olunduğunu bildirib.

Mövzuya görə xəbərlər