BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda yerləşən Əli əl-Tahir bölgəsində hava zərbəsi həyata keçirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi açıqlama yayıb.
Məlumata görə, hücum İsrail hərbçilərinə “təhdid yaradan silahlı şəxslərə” qarşı yönəlib.
Ordunun açıqlamasında “silahlı terrorçuların” İsrail hərbçilərinin yaxınlığında fəaliyyət göstərdiyi iddia olunub.
Əli əl-Tahir bölgəsi Nəbatiyyə əl-Fauqa ərazisində yerləşir. Livanın Milli Xəbər Agentliyi isə daha əvvəl həmin ərazidə İsrail hücumu nəticəsində iki nəfərin öldüyünü bildirmişdi.
İsrail ordusu əməliyyatların davam etdiriləcəyini və “birbaşa təhlükələrin aradan qaldırılacağını” açıqlayıb.







