Son dəqiqə

İsrail Livan Yaxın Şərq Hizbullah Regional gərginlik Nəim Qasim Həsən Fəzlullah

Həsən Fəzlullah: Hizbullahın İsrail hücumlarına cavab vermək hüququ var

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullahın parlamentdəki nümayəndəsi Həsən Fəzlullah bildirib ki, təşkilatın İsrailin hücumlarına cavab vermək üçün tam hüququ var.

TurkicWorld xəbər verir ki, Həsən Fəzlullah şənbə günü yaydığı açıqlamada atəşkəsin yalnız İsrail tərəfindən tam və hərtərəfli şəkildə yerinə yetirilməsi halında əhəmiyyət daşıdığını deyib.

Onun sözlərinə görə, əsas məsələ İsrailin Livana, yaşayış məntəqələrinə və kəndlərə qarşı hücumları dayandırması, eləcə də yeni əraziləri nəzarətə götürməyə cəhd etməməsidir.

Fəzlullah qeyd edib ki, atəşkəslə bağlı müxtəlif açıqlamalar verilsə də, Hizbullah üçün vacib olan qarşı tərəfin razılaşmanın şərtlərinə əməl etməsidir.

O əlavə edib ki, İsrail hücumlarını davam etdirərsə, Hizbullahın buna qarşılıq vermək hüququ qalır.

Bu açıqlama İsrailin Livanda atəşkəs elan olunmasına baxmayaraq hücumları davam etdirdiyi barədə məlumatların yayıldığı bir vaxtda səsləndirilib.

Mövzuya görə xəbərlər