BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza Hökumətinin Media Ofisi İsrailin atəşkəs qüvvəyə mindikdən sonra onu minlərlə dəfə pozduğunu açıqlayıb.
TurkicWorld xəbər verir ki, qurumun yaydığı məlumata görə, son 251 gün ərzində İsrail tərəfindən atəşkəs rejimi ümumilikdə 3 338 dəfə pozulub.
Açıqlamada bildirilir ki, bu müddətdə baş verən hadisələr nəticəsində 1 012 nəfər həlak olub, 3 208 nəfər isə yaralanıb.
Media Ofisinin məlumatına əsasən, eyni dövrdə təxminən 100 nəfər saxlanılıb.
Qurum həmçinin humanitar yardımın çatdırılması ilə bağlı vəziyyətə də diqqət çəkib. Bildirilib ki, nəzərdə tutulan 150 min 600 yardım maşınından yalnız 54 min 23-ü Qəzza zolağına daxil ola bilib.
Rəsmilər humanitar yardım axınının tələb olunan səviyyədən xeyli aşağı olduğunu və bunun bölgədəki humanitar vəziyyətə ciddi təsir göstərdiyini vurğulayıblar.







