Son dəqiqə

İsrail İran ABŞ İsveçrə Livan anlaşma memorandumu Abbas Əraqçi Diplomatiya Razılaşma

İran XİN: ABŞ ilə planlaşdırılan görüş təxirə salınıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi ABŞ və İran nümayəndələri arasında cümə günü İsveçrədə keçirilməsi nəzərdə tutulan görüşün təxirə salındığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, İran tərəfi görüşün yaxın günlərdə keçirilməsi üçün hazırlıqların davam etdiyini bildirib. Nazirlikdən verilən məlumata görə, yekun razılaşma ilə bağlı danışıqlar anlaşma memorandumunda nəzərdə tutulan bəzi müddəaların icrasından asılı olacaq.

Məlumata əsasən, İsveçrə də görüşün təxirə salındığını təsdiqləyib və gələcək danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Hazırlıq işlərinin isə davam etdiyi qeyd olunub.

Görüşün təxirə salınması Livanın cənubunda baş verən son gərginlik və İsrail-Hizbullah qarşıdurmasının yenidən alovlanması fonunda baş verib.

Mövzuya görə xəbərlər