BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda baş verən dron hücumu nəticəsində 5 hərbçinin yaralandığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə İsrail ordusu “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Ordunun açıqlamasında hadisənin “partlayıcı dronun təsiri” nəticəsində baş verdiyi bildirilib.
Hərbçilərin hadisə yerindən təxliyə olunduğu qeyd edilib.
İsrail ordusu hücumun konkret yeri və şəraiti barədə əlavə məlumat verməyib.
Hadisə İsrail–Hizbullah xəttində davam edən gərginlik fonunda baş verib.
Bölgədə son günlər həm hava, həm də dron hücumlarının intensivləşdiyi bildirilir.







