BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin BMT-dəki səfiri Danni Danon ABŞ və İran arasında əldə olunan anlaşmanı sərt şəkildə tənqid edib.
TurkicWorld xəbər verir ki, o bu fikirləri İsrailin “Channel 14” telekanalına müsahibəsində səsləndirib.
Danon bildirib ki, ABŞ–İran razılaşması təkcə İsrail üçün deyil, həm də ABŞ və Körfəz ölkələri üçün mənfi nəticələr yarada bilər.
Onun sözlərinə görə, Vaşinqtonun danışıqları sürətlə yekunlaşdırmaq istəyi İranın mövqeyini gücləndirib.
“Bu, hələ yekun qərar deyil, yalnız danışıqların davamı üçün bir çərçivədir,” – deyə o bildirib.
Səfir həmçinin vurğulayıb ki, yekun nəticə hələ bəlli deyil və proses izlənməlidir.







