BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi ABŞ ilə razılaşdırılmış memorandumda Livanda mümkün atəşkəs pozuntularına qarşı xüsusi mexanizmin yer aldığını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.
Rəsminin sözlərinə görə, memorandum bütün cəbhələrdə hərbi əməliyyatların və müharibənin dayandırılmasını nəzərdə tutan açıq müddəalar ehtiva edir.
Taxt-Rəvançi qeyd edib ki, sənəddə Livanda atəşkəsin pozulması ehtimalı yaranacağı halda işə düşəcək xüsusi mexanizm də müəyyən edilib.
Onun fikrincə, bu mexanizm razılaşmanın icrasına nəzarəti gücləndirmək məqsədi daşıyır.
İranlı diplomat əlavə edib ki, ABŞ tərəfi öz müttəfiqləri adından bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını təmin etməyi qəbul edib.
Bu cəbhələrə Livan da daxil olmaqla regiondakı müxtəlif münaqişə zonaları aiddir.
Rəsmilər bu müddəaların bölgədə gərginliyin azaldılması və sabitliyin təmin olunması üçün vacib olduğunu vurğulayıblar.







