Son dəqiqə

İran ABŞ Tehran Vaşinqton Dəniz təhlükəsizliyi Diplomatiya dəniz nəqliyyatı İran limanları Blokada hərbi bəyanat

ABŞ hərbçiləri: Razılaşma imzalanana qədər İran limanlarına tətbiq olunan blokada qüvvədə qalacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ hərbi dairələri İran və ABŞ arasında əldə olunan razılaşma rəsmi şəkildə imzalanana qədər İran limanlarına tətbiq edilən blokadanın davam edəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, yayılan hərbi bəyanatda İran limanlarına giriş və çıxış istiqamətində hərəkət edən bütün dəniz nəqliyyatına qoyulan məhdudiyyətlərin hələ də qüvvədə olduğu bildirilib.

Açıqlamada qeyd olunur ki, İran limanlarına yönələn və ya həmin limanlardan çıxan gəmilərin hərəkəti üzərində nəzarət davam etdirilir.

ABŞ tərəfi razılaşmanın hüquqi qüvvəyə minməsindən əvvəl mövcud məhdudiyyətlərin ləğv edilməyəcəyini vurğulayıb.

Hərbi bəyanatda dəniz nəqliyyatı iştirakçılarına xüsusi xəbərdarlıq da yer alıb.

Bildirilir ki, rəsmi göstəriş verilməyənədək məhdudlaşdırılmış ərazilərə daxil olmaq və ya həmin marşrutlardan istifadə etmək cəhdləri edilməməlidir.

Vaşinqtonun bu addımı razılaşmanın yekun mərhələyə qədər tam icrasına nəzarət məqsədi daşıyır.

Məsələ ilə bağlı tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Mövzuya görə xəbərlər