BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Baş naziri və ordu sözçüsünün cənub Beyrut qəsəbələri üçün xəbərdarlıqlarından sonra çox sayda sakin evlərini tərk edib və təhlükəsiz sığınacaq axtarır.
TurkicWorld xəbər verir ki, qaçqınlar üçün əsas problem məkan çatışmazlığıdır. Bəzi sakinlər əvvəlcədən kirayə yerlər tutmuşdular, digər insanlar isə açıq yerlər, körpülərin altı, parklar və çimərliklərdə çadır quraraq sığınacaq tapmağa çalışırlar.
Son xəbərdarlıq Hizbullahın Şimal İsrail şəhərlərinə və yaşayış məntəqələrinə hücumu ilə əlaqələndirilsə də, hələlik bu hücumun baş verəcəyi dəqiqləşməyib. Eyni zamanda cənub qəsəbələrdə silah səsləri eşidilir, təhlükəsizlik işçiləri insanları ərazini tərk etməyə çağırır.
Çox sakin evlərində qalmağı və küçələrdə alçaldılmamağı üstün tutur, lakin vəziyyət onları qaçmağa məcbur edir.







