Son dəqiqə

İran İtaliya hüquq-mühafizə orqanları İran müxalifəti Avropa təhlükəsizliyi Terror İstintaqı Təhdid İddiası Demokratik Quruluş Cinayət Araşdırması

İtaliyada iki İran vətəndaşı haqqında terror istintaqı başladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İtaliya hüquq-mühafizə orqanları ölkədə yaşayan iki İran vətəndaşı ilə bağlı araşdırmaya başlayıb. Onlar İran müxaliflərinə qarşı təhdid xarakterli fəaliyyət göstərməkdə şübhəli bilinirlər.

TurkicWorld xəbər verir ki, İtaliya prokurorluğu iki İran vətəndaşını “terrorizm və demokratik quruluşu pozmaq məqsədli birləşmə” ittihamları üzrə istintaqa cəlb edib.

Məlumata əsasən, istintaq çərçivəsində hər iki şəxsin yaşadığı ünvanda axtarış aparılması üçün məhkəmə orderi verilib.

İş materiallarında qeyd olunur ki, İran müxaliflərindən biri telefon zəngi vasitəsilə təhdid edildiyini bildirib. Onun ifadəsinə görə, zəng zamanı İranda edama məhkum olunduğu və müxalif fəaliyyəti dəstəklədiyinə görə əmlakının müsadirə edildiyi barədə xəbərdarlıq olunub.

İstintaq orqanları hazırda hadisənin bütün təfərrüatlarını araşdırır və şübhəlilərin mümkün əlaqələrini müəyyənləşdirməyə çalışır.

Məlumatda həmçinin qeyd olunur ki, İranda müharibənin başlamasından sonra hakimiyyət orqanları həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlara ABŞ və İsraillə əməkdaşlıq etməmək barədə xəbərdarlıqlar edib. Bu dövrdə casusluq ittihamları ilə bağlı bir sıra ölüm hökmlərinin icra olunduğu da bildirilir.

Mövzuya görə xəbərlər