BAKI,TurkicWorld Yusif Şərifzadə
Fransa NATO-nun Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək məqsədilə yaradılması nəzərdə tutulan beynəlxalq missiyada iştirak etməsi ideyasını rədd edib.
TurkicWorld xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “Bizim mövqeyimiz aydın və dəyişməzdir.
Şimali Atlantika Müqaviləsi Şimali Atlantika məkanına aiddir. NATO-nun məqsədi və mahiyyəti Yaxın Şərqdə və Hörmüz boğazında baş verən məsələlərə fokuslanmaq deyil və əslində bu, uyğun alyans hesab olunmur.”







