BAKI,TurkicWorld Yusif Şərifzadə
İtaliya hökuməti Qəzzaya yönələn “Global Sumud Flotilla” çərçivəsində iştirak edən fəallara İsrail tərəfindən göstərilən rəftarı qəbuledilməz adlandırıb və bu məsələ ilə bağlı İsrail səfirinin izahat vermək üçün çağırılacağını bildirib.
TurkicWorld xəbər verir ki, baş nazir Ciorcia Meloni və xarici işlər naziri Antonio Tayaninin birgə bəyanatında qeyd olunub ki, İtaliya “fəallara göstərilən münasibətə görə üzr istənilməsini” tələb edir və hökumətinin müraciətlərinə “tam hörmətsizlik” nümayiş etdirildiyini vurğulayıb.
Flotiliya təşkilatçılarının məlumatına görə, gəmidə 30 italiyalı vətəndaş olub və onlar İsrail tərəfindən saxlanılıb. İtaliya Xarici İşlər Nazirliyi isə saxlanılanlar arasında bir deputat və bir jurnalistin də olduğunu açıqlayıb.







