Son dəqiqə

İsrail Livan İsrail ordusu Yaxın Şərq Livan-İsrail münasibətləri Regional gərginlik Sur şəhəri mülki əhali təhlükəsizlik vəziyyəti Nəbatiyyə pilotsuz uçuş aparatı hava hücumları artilleriya atəşi

İsrail Livanın Sur və Nəbatiyyə bölgələrinə zərbələr endirib

BAKI,TurkicWorld Yusif Şərifzadə

Livanın cənubunda yeni hücumlarla bağlı məlumatlar yayılıb.

TurkicWorld xəbər verir ki, Livanın rəsmi Milli Xəbər Agentliyinin yaydığı məlumata əsasən, İsrail Livanın cənubunda yerləşən Sur və Nəbatiyyə bölgələrinə bir neçə hücum həyata keçirib.

Məlumata görə, Mərakə ərazisində Əl-Bass yoluna yaxın Həmdiyyə bölgəsinə hava zərbəsi endirilib. Həmçinin Hawş Sur bölgəsinə təşkil edilən hücum nəticəsində bir neçə nəfərin həlak olduğu və yaralandığı, yaşayış evlərinə ciddi ziyan dəydiyi bildirilib.

Qurbanların dəqiq sayı barədə məlumatın hələ açıqlanmadığı qeyd olunur.

Bununla yanaşı, Nəbatiyyə rayonunun Quseyba şəhərinin pilotsuz uçuş aparatı ilə hədəfə alındığı, Zəvta əl-Şərqiyyə bölgəsinə də hava zərbələrinin endirildiyi bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, artilleriya atəşləri Mazraat əl-Hamra ətrafını, Yohmor əl-Şəqif istiqamətini və Nəbatiyyə əl-Fövqa yaxınlığındakı Əli əl-Tahir meşəlik ərazisini hədəf alıb.

Mövzuya görə xəbərlər