BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ-də İranla bağlı vəziyyət və enerji qiymətlərindəki artım daxili siyasi müzakirələri gücləndirib.
TurkicWorld xəbər verir ki, yayılan məlumatlara əsasən, ABŞ ictimaiyyəti arasında keçirilən müxtəlif sorğularda İranla bağlı hərbi siyasətə dəstəyin 30–40 faiz aralığında olduğu bildirilir.
Məlumata görə, ABŞ-də benzinin orta qiyməti qallon üzrə 4,50 dollar həddini keçib. Neft idxalından daha çox asılı olan bəzi ştatlarda, o cümlədən Kaliforniyada bu göstəricinin 6 dolları ötüb keçdiyi qeyd edilir. Yanacaq qiymətlərindəki artımın gündəlik xərclərə təsir göstərdiyi bildirilir.
Məlumatlarda bildirilir ki, artan enerji xərcləri və iqtisadi narahatlıqlar fonunda siyasi təzyiqin gücləndiyi müşahidə olunur. ABŞ-də keçirilən bəzi sorğular da seçicilər arasında iqtisadi təsirlərlə bağlı narahatlığın artdığını göstərir.
Qeyd edilməlidir ki, təqdim olunan bəzi qiymətləndirmələr və siyasi nəticələrlə bağlı proqnozlar müxtəlif mənbələrin təhlillərinə əsaslanır və fərqli yanaşmalar mövcuddur.







