Son dəqiqə

Dəniz təhlükəsizliyi Hörmüz boğazı kommersiya gəmiləri enerji bazarı dəniz nəqliyyatı Beynəlxalq ticarət İran enerji siyasəti dəniz marşrutları strateji boğaz Tehran siyasəti

İran Hörmüz Boğazında yeni qaydalar tətbiq edə bilər

BAKI,TurkicWorld Yusif Şərifzadə

İran Hörmüz boğazında gəmi hərəkətinin idarə olunması ilə bağlı yeni mexanizm üzərində işlədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi açıqlama verib.

Onun sözlərinə görə, hazırlanmış mexanizm Hörmüz boğazında hərəkətin müəyyən marşrutlar üzrə tənzimlənməsini nəzərdə tutur və yaxın müddətdə ictimaiyyətə təqdim ediləcək.

İbrahim Əzizi qeyd edib ki, yalnız kommersiya məqsədli gəmilər və Tehranla əməkdaşlıq edən ölkələr bu mexanizmdən istifadə etmək hüququ əldə edəcəklər.

Rəsmi şəxs əlavə edib ki, İran yeni sistem çərçivəsində təqdim olunacaq xüsusi xidmətlər üçün ödəniş mexanizmi tətbiq etməyi nəzərdə tutur.

Hörmüz boğazı dünya enerji ticarətində strateji əhəmiyyətə malik əsas marşrutlardan biri hesab olunur və burada atılacaq addımlar beynəlxalq enerji bazarlarına təsir göstərə bilər.

Mövzuya görə xəbərlər