BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Çinlə aparılan danışıqlar barədə bildirib ki, tərəflər iki əsas məsələdə razılığa gəliblər: müharibənin dayandırılması və Hörmüz boğazının açılması.
TurkicWorld xəbər verir ki, danışıqların təfərrüatları tam açıqlanmayıb. Məlumata görə, Çin bu məsələlərə, xüsusilə Hörmüz boğazının açılması mövzusuna dərin şəkildə müdaxilə etməkdə ehtiyatlı davranır. Buna baxmayaraq, Çinin neft idxalının təxminən yarısı həmin boğazdan keçdiyi üçün məsələ Pekin üçün strateji əhəmiyyət daşıyır.
Eyni zamanda bildirilir ki, hazırkı mərhələdə Trampın Çindən Hörmüz boğazının açılması və münaqişənin dayandırılması ilə bağlı konkret və rəsmi öhdəlik aldığı görünmür.







