Bakı. TurkicWorld:
Hörmüz boğazında vəziyyət yenidən gərginləşib və bölgədə qarşıdurma riskinin artdığı bildirilir. İran mediası İran neft tankerinin ABŞ qüvvələrinin hücumuna məruz qaldığını iddia edib.
TurkicWorld xəbər verir ki, İran tərəfi hücuma cavab verib və bu, Hörmüz boğazında ardıcıl ikinci gündür qarşıdurmanın yaşandığını göstərir.
Tərəflər arasında baş verən atışmadan sonra toqquşmalar dayanıb və vəziyyət hazırda “sakit” kimi qiymətləndirilir.
Məlumatda qeyd olunur ki, ABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxtda, paralel şəkildə davam edən gizli danışıqlar fonunda Hörmüz boğazı faktiki olaraq qarşıdurma zonasına çevrilib. Ekspertlər bölgədə enerji təhlükəsizliyi və beynəlxalq dəniz ticarəti üçün risklərin artdığını vurğulayırlar.







