Son dəqiqə

Belarus Aleksandr Lukaşenko Məsud Pezeşkian ABŞ- İran gərginlikləri ABŞ İran gərginliyi ABŞ və İsrailin İran gərginliyi

ABŞ və İsrailin danışıqlar zamanı hücum etməsi etibarı tamamilə sarsıdıb - Pezeşkian

BAKI,TurkicWorld Nailə Babazadə

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar prosesində ABŞ və İsrailin hücumlarına məruz qaldığını xatırladaraq, bənzər cəhdlərin təkrarlanma ehtimalının hələ də qaldığını bildirib.

TurkicWorld xəbər verir ki, "Fars" xəbər agentliyinin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Regional məsələlərin və ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Pezeşkian rəsmi Tehranın münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək tərəfdarı olduğunu vurğulayıb. Lakin o, acı təcrübəni də diqqətə çatdırıb: "İran məsuliyyət hissi çərçivəsində ixtilafları hər zaman diplomatiya yolu ilə həll etməyə çalışıb. Lakin danışıqlar getdiyi bir vaxtda ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir addımın yenidən atılma ehtimalı var".

İran lideri bu vəziyyətin ölkəsində ABŞ-a qarşı inamın tamamilə yox olmasına səbəb olduğunu xüsusi qeyd edib. O bildirib ki, beynəlxalq razılaşmalar zamanı edilən hücumlar diplomatik həll yollarına olan ümidləri azaldır.

Belarus Prezidenti Aleksandr Lukaşenko bölgədə artan gərginliyin həm regional, həm də qlobal təhlükəsizlik və iqtisadiyyat üçün doğurduğu fəsadlardan narahatlığını ifadə edib. Lukaşenko bildirib ki, qarşılıqlı etimad olmadan aparılan danışıqlar qalıcı nəticə verə bilməz. O, tərəflər arasında etimad mühitinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda hər iki prezident ikitərəfli münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib. Liderlər ortaq maraqlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər