Son dəqiqə

ABŞ- İran gərginlikləri ABŞ İran gərginliyi

Tramp Uitkoff və Kuşnerin Pakistana səfərini ləğv edib

BAKI,TurkicWorld

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News" televiziya kanalına müsahibəsində Ayşə Hesniyə deyib.

Jurnalist qeyd edib ki, telefon danışığı zamanı Tramp ona Uitkoff və Kuşnerin Pakistana səfərini birtərəfli şəkildə ləğv etdiyini deyib.

"Bir müddət əvvəl, onlar getməyə hazırlaşarkən öz adamlarıma dedim: "Xeyr, ora çatmaq üçün 18 saatlıq təyyarə ilə getmək lazım deyil. Bütün kartlar bizdədir. Onlar istədikləri vaxt bizə zəng edə bilərlər. Amma artıq boş şeylər haqqında danışmaq üçün 18 saatlıq uçuşlara minməyəcəksiniz", - deyə D.Tramp bildirib.

Mövzuya görə xəbərlər