Son dəqiqə

Pakistan ABŞ- İran gərginlikləri Cey Di Vens ABŞ İran gərginliyi İslamabad

ABŞ vitse prezidenti Vensin İslamabad səfəri sual altına düşüb

BAKI,TurkicWorld, Nailə Babazadə

İslamabadda keçiriləcəyi bildirilən lakin dəqiq vaxtı hələlik məlum olmayan ikinci raund danışıqlar ərəfəsində Vaşinqtonda gərgin saatlar yaşanır.

TurkicWorld xəbər verir ki, ABŞ mediasında yayılan və Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə vitse prezident Cey Di Vens bu səhər Prezident Donald Trampın rəhbərliyi ilə keçirilən siyasi toplantıda iştirak edib.

Prezident Trampın bəyanatlarından sonra İslamabaddakı görüşlərə qatılacağı və bu gün yola düşəcəyi gözlənilən Cey Di Vensin hələ də Vaşinqtonda olduğu bildirilir. Mənbələr vitse prezidentin İslamabaddakı müzakirələrə gedib getməyəcəyi məsələsinin yenidən nəzərdən keçirildiyini qeyd edirlər.

Mövzu ilə bağlı Ağ Ev tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib. Bu qeyri müəyyənlik ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə keçiriləcək kritik danışıqların taleyi barədə suallar yaradır. Ekspertlər vitse prezidentin səfərinin təxirə salınma ehtimalının danışıqların gedişatına təsir edə biləcəyini vurğulayırlar.

Mövzuya görə xəbərlər