BAKI,TurkicWorld
Gürcüstan uzun illər ərzində Avropa ilə Asiya arasında etibarlı körpü olduğunu sübut edib.
TurkicWorld xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya Diplomatiya Forumu çərçivəsində "Sabahı formalaşdırmaq, qeyri-müəyyənlikləri idarə etmək" mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.
"Biz əlaqələndirici rolumuzu maksimum dərəcədə gücləndirməyə çalışırıq. Mövcud şəraitdə, ticarət marşrutlarının yenidən ciddi çağırışlarla üzləşdiyi bir vaxtda, dünyanın müxtəlif bölgələrindəki tərəfdaşlarımıza müəyyən xidmətlər təklif edə bilərik", - deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, ölkə malların, xidmətlərin, enerji resurslarının və rəqəmsal məlumatların səmərəli ötürülməsi üçün tranzit mərkəz kimi çıxış edir. O əlavə edib ki, Gürcüstan bu funksiyanı sülh və inkişaf yönümlü siyasət əsasında davam etdirəcək və artıq bu yanaşmanın müsbət nəticələri müşahidə olunur.







