BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ hökuməti İranın xarici banklarda dondurulmuş maliyyə vəsaitlərinin sərbəst buraxılması barədə qərar qəbul edib. Bu addım İslamabadda keçiriləcək genişmiqyaslı sülh danışıqları öncəsi mühüm etimad quruculuğu tədbiri kimi qiymətləndirilir.
TurkicWorld-un məlumatına görə "Reuters" agentliyi yüksək rütbəli İran rəsmisinə istinadən xəbər verir ki, Tehran bu addımı Vaşinqtonun İslamabad danışıqlarında yekun saziş əldə etmək məsələsində "ciddiliyinin" sübutu kimi alqışlayır. Mənbənin sözlərinə görə, aktivlərin dondurulmasının ləğvi birbaşa olaraq Hürmüz boğazı vasitəsilə gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi şərti ilə bağlıdır.







