Son dəqiqə

Türkiyə İraq ABŞ- İran gərginlikləri İraq Hava Yolları Bağdad Beynəlxalq Hava Limanı

İraq Hava Yolları ABŞ-İran müharibəsindən sonra ilk uçuşunu Türkiyəyə edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

"FlightRadar" portalının naviqasiya məlumatlarına əsasən, İraqın hava məkanının yenidən açılması barədə qərardan bir neçə gün sonra "İraq Hava Yolları"na məxsus ilk təyyarə reysini həyata keçirib.

TurkicWorld xəbər verir ki, KİV-in məlumatına görə, İraqın milli aviadaşıyıcısına məxsus "Boeing" tipli təyyarə Bağdad Beynəlxalq Hava Limanından havaya qalxaraq Türkiyənin İstanbul şəhərinə doğru istiqamət alıb. Bu, ölkədə uçuşların dayandırılmasından sonra qeydə alınan ilk rəsmi sərnişin reysidir.

Müşahidələr göstərir ki, hava məkanının açılması qərarı ilə paralel olaraq İraq səmalarında uçuş intensivliyi tədricən artmağa başlayıb. Bu addım ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra regionda gərginliyin azaldılması prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, İraq Mülki Aviasiya Administrasiyasının rəhbəri Benkin Rikani ötən çərşənbə günü, aprelin 8-də ölkənin bütün hava məkanının və hava limanlarının beynəlxalq naviqasiya üçün tam açıldığını rəsmən elan etmişdi. Uçuşların bərpası həm iqtisadi canlanma, həm də regional sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzuya görə xəbərlər