Son dəqiqə

İsrail Böyük Britaniya İran ABŞ London Kir Starmer

Britaniya dəniz təhlükəsizliyi üçün 35 ölkəni bir araya gətirib - Starmer

BAKI, TurkicWorld

Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçirilən tədbirdə çıxış edərək, Körfəz regionunda dəniz təhlükəsizliyini təmin etmək məqsədilə rəsmi Londonun 35 dövlətdən ibarət geniş koalisiya formalaşdırdığını elan edib.

TurkicWorld xəbər verir ki, baş nazir öz müraciətində vurğulayıb ki, Birləşmiş Krallıq beynəlxalq ticarət yollarının qorunması və dəniz naviqasiyasının təhlükəsizliyi üçün qlobal səylərə rəhbərlik edir. Starmerin sözlərinə görə, 35 ölkənin bir araya gəlməsi Körfəzdə artan təhdidlərin qarşısını almaq və qlobal tədarük zəncirinin sabitliyini qorumaq üçün strateji əhəmiyyət kəsb edir.

Londondakı çıxışında Baş nazir dəniz yollarının hədəf alınmasının təkcə regional deyil, həm də qlobal iqtisadiyyat üçün fəsadlar doğurduğunu qeyd edib. Britaniyanın rəhbərlik etdiyi bu yeni təşəbbüs, xüsusilə son dövrlərdə tankerlərə və mülki gəmilərə edilən hücumlar fonunda beynəlxalq sularda patrul xidmətinin və kəşfiyyat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

Mövzuya görə xəbərlər